• Bakı C

    14.42 m/s

  • USD - 1.7

    EUR - 1.7519

    RUB - 1.7036

Özbəkistan 5,2 milyon insanı işlə təmin edəcək

DÜNYA

04 Fevral 2025 | 14:14

Özbəkistan 5,2 milyon insanı işlə təmin edəcək

Özbəkistan bu il 5,2 milyon insanı işlə təmin etməyi planlaşdırır. 

Bakıvaxtı.az "Sinxua"ya istinadən xəbər verir ki, bu barədə ölkə başçısının mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Özbəkistan prezidenti Şavkat Mirziyoyev məşğulluğun təmin edilməsi və investisiyaların cəlb edilməsi ilə bağlı tədbirlərin gedişatını müzakirə etmək üçün iclas keçirib. Bu kontekstdə 2025-ci ildə 5,2 milyon insanın məşğulluğunun təmin edilməsi, 1,5 milyon vətəndaşın yoxsulluqdan çıxarılması, 42 milyard dollarlıq xarici investisiyanın cəlb edilməsi və ixracın həcminin 30 milyard dollardan çox artırılması planlaşdırılır.

"Bu il ümumi dəyəri 14 milyard dollar olan 8 000 layihə planlaşdırılır ki, bu da 272 000 daimi iş yerinin yaradılmasına imkan verəcək", - mətbuat xidməti qeyd edib.

Gülşən Şərif


SON XƏBƏRLƏR

04 Fevral 2025