• Bakı C

    14.42 m/s

  • USD - 1.7

    EUR - 1.7519

    RUB - 1.7036

İran səfiri: Moskva ilə AES-lərin tikintisi barədə danışıqlar aparırıq

DÜNYA

04 Fevral 2025 | 15:30

İran səfiri: Moskva ilə AES-lərin tikintisi barədə danışıqlar aparırıq

Rusiya və İran, İslam Respublikasında yeni atom elektrik stansiyalarının (AES) yaradılması üçün layihələr və müqavilələrin hazırlanması üzrə danışıqlar aparır.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bunu İranın Moskvadakı səfiri Kazem Cəlali jurnalistlərə bildirib.

"Bildiyiniz kimi, Rusiya bizdə min meqavat həcmində elektrik enerjisi istehsal edən AES tikib. Rus həmkarlarımızın rəhbərliyi altında daha iki blok tikilir. Yeni atom elektrik stansiyalarının yaradılması üçün yeni layihələr və müqavilələrin müəyyənləşdirilməsi üzrə danışıqların davam etdiyini təsdiq edə bilərəm", - deyə o bildirib.

Səfir vurğulayıb ki, Rusiya və İranın nüvə energetikası sahəsində əməkdaşlığı sırf sülh xarakteri daşıyır: "Nüvə energetikası sahəsində əməkdaşlığımıza gəlincə, o, yaxşı inkişaf edir. Ölkələrimiz arasında sırf sülhsevər xarakter daşıyan nüvə əməkdaşlığı səmərəli şəkildə davam edir".

Diplomat, həmçinin xatırladıb ki, İranda AES əsasında 20 min meqavat həcmində elektrik enerjisi istehsalına nail olmaq barədə qətnamə qəbul edilib.


SON XƏBƏRLƏR

04 Fevral 2025