• Bakı C

    14.42 m/s

  • USD - 1.7

    EUR - 1.7519

    RUB - 1.7036

Odri Hepbernin İsveçrədəki villası satışa çıxarılıb

DÜNYA

04 Fevral 2025 | 14:50

Odri Hepbernin İsveçrədəki villası satışa çıxarılıb

İsveçrədə britaniyalı aktrisa Odri Hepbernə məxsus olan “La Paisible” villası 19 milyon İsveçrə frankına (20,8 milyon dollar) satışa çıxarılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Aktrisa 1963-cü ildən 1993-cü ildə ölümünə qədər villaya sahib olub. Cenevrə yaxınlığındakı kənddə yerləşən XVIII əsrə aid üçmərtəbəli binada 12 yataq otağı və 8 hamam otağı var. Onun sahəsi 1000 kvadrat metrdən çoxdur.

Daha sonra əvvəlki sahiblər 2001-ci ildə malikanəni Hepbern ailəsindən alıb və satışa çıxarıblar. Onlar bunu villanın onlar üçün böyük olması ilə izah ediblər.


SON XƏBƏRLƏR

04 Fevral 2025