Konqo Demokratik Respublikasının (KDR) şərqində meymunçiçəyi xəstəliyinə yoluxmuş 100-dən çox xəstə müalicə mərkəzlərindən qaçıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə KDR Səhiyyə Nazirliyinin hesabatına istinadən “Actualité” portalı məlumat yayıb.
"128 xəstə karantin mərkəzlərindən qaçıb, onların bəziləri qarət edilib", - hesabatda qeyd olunub.
Məlumata görə, onların qaçmasına səbəb ölkə ordusu ilə "M23" qruplaşması arasında döyüşlərdir.
Nazirlik "M23"ün hücumu səbəbindən Şimali Kivu əyalətində su və elektrik enerjisinin olmaması da daxil olmaqla bir sıra problemlərin olduğunu bildirib.
Bir həftə ərzində KDR-də meymun çiçəyinə şübhəli 2 707 hal, o cümlədən 516 təsdiqlənmiş hal və 38 ölüm faktı qeydə alınıb.