• Bakı C

    14.42 m/s

  • USD - 1.7

    EUR - 1.7519

    RUB - 1.7036

ÜST rəhbəri qlobal liderləri Trampı yola gətirməyə çağırıb

DÜNYA

04 Fevral 2025 | 14:34

ÜST rəhbəri qlobal liderləri Trampı yola gətirməyə çağırıb

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Gebreyesus qlobal liderlərdən Prezident Donald Trampın ABŞ-ın BMT-dən çıxma qərarını ləğv etməsi üçün Vaşinqtona təsir göstərməyə çağırıb. O əlavə edib ki, Birləşmiş Ştatlar gələcəkdə qlobal xəstəlik epidemiyaları haqqında kritik məlumatları əldə etmə bilməyəcək. ÜST-nin Baş direktoru deyib: “ABŞ rəhbərliyini öz qərarını ləğv etmək üçün yola gətirsəniz, o zaman biz sizə minnətdar olarıq”.

Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, Gebreyesusun diplomatlarla görüşündən “Associated Press”in əldə etdiyi materiallara görə, təşkilata üzv ölkələr əsas büdcə iclasında ÜST-nin ən böyük donorun çıxışının öhdəsindən necə gələ biləcəyini müzakirə ediblər. Almaniyanın səfiri Byorn Kummel xəbərdarlıq edib: “Evin damı yanır və biz yanğını mümkün qədər tez söndürməliyik”.

2024-2025-ci illərdə ABŞ ÜST-nin ən böyük donoru olaraq təxminən 988 milyon dollar vəsait ayırıb ki, bu da təşkilatın 6,9 milyard dollarlıq büdcəsinin təxminən 14 faizi deməkdir. Yığıncaqda təqdim olunan büdcə sənədi göstərib ki, ÜST-nin sağlamlıqla bağlı fövqəladə hallar proqramı ABŞ vəsaitinə hesablanıb. Eyni zamanda, genişmiqyaslı təcili əməliyyatların bir çoxunun əsasını – 40 faizini bu maliyyə mənbəyi təmin edir.

Gebreyesus bu kontekstdə poliomielitin aradan qaldırılması və HİV proqramlarından itirilən yüz milyonlarla dollarla yanaşı, Yaxın Şərq, Ukrayna və Sudandakı proqramların da risk altında olduğunu bildirib.

İclasda qeyd olunub ki, ÜST-nin Avropada vərəmlə bağlı fəaliyyətinin 95 faizini, habelə Afrika, Sakit okeanın qərbində və agentliyin baş qərargahında tədbirlərin 60 faizindən çoxunu ABŞ ödəyirdi.

Ötən həftə ABŞ rəsmiləri tərəfindən Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinə ÜST ilə əməkdaşlığı dərhal dayandırmaq tapşırılıb. Tedros Adhanom Gebreyesus büdcə iclasında iştirak edənlərə agentliyin hələ də ABŞ-ı təmin etdiyini deyib. O əlavə edib: “Biz onlara məlumat verməyə davam edirik, çünki buna ehtiyacları var”.

Baş direktor Trampın agentliyi tərk etməsinin əsas səbəbinə də münasibət bildirib. O qeyd edib ki, ÜST 2020-ci ilin yanvarında dünyanı koronavirusun potensial təhlükələri barədə xəbərdar edib və o vaxtdan bəri onlarla islahatlar aparıb, o cümlədən donor bazasını genişləndirmək səylərini genişləndirib.


SON XƏBƏRLƏR

04 Fevral 2025