Mütəmadi yeraltı təkanların baş verdiyi Egey dənizi və ətraf zonalarla bağlı yaponiyalı seysmoloq, inşaat mühəndisi Yoşinori Morivaki Türkiyə ictimaiyyətinə xəbərdarlıq ünvanlayıb.
Bakıvaxtı.az xəbər verir ki, seysmoloq belə davam edəcəyi təqdirdə Egey hövzəsində 7, yaxud 7,5 bal gücündə zəlzələ baş verəcəyini iddia edib.
O, Egey dənizində sunami riskinə də diqqət çəkib:
“Zəlzələnin özünün Türkiyəyə çox təsiri olmaz. Amma sunami gözlənilir. Regionda 5 metr hündürlüyündə sunami ola bilər. Zəlzələni hiss edəndə, yaxud məlumat gəldikdə ən azı 5 metr yüksəkliyə çıxmaq gərəkdir. Yəni, azı 1-2 mərtəbə yuxarı...”