• Bakı C

    14.73 m/s

  • USD - 1.7

    EUR - 1.7519

    RUB - 1.7036

Ağ Ev Putinlə Trampın görüş yerini açıqlamaqdan imtina etdi

DÜNYA

04 Fevral 2025 | 23:44

Ağ Ev Putinlə Trampın görüş yerini açıqlamaqdan imtina etdi

Ağ Ev hələ Amerika lideri ilə Rusiya prezidenti Vladimir Putin arasında mümkün görüş yeri və ya Ukrayna üzrə danışıqlarda irəliləyiş barədə danışmağa hazır deyil. 

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Maykl Uolts bildirib. 

“Təəccüblü odur ki, dünyanın yarısı Prezident Trampa bu müharibəni sona çatdırmağa kömək etməyə çalışır. Biz hər cür rəy alırıq, lakin bu gün təsdiqləməyə və ya açıqlamağa heç nəyim yoxdur”, - deyə Uolts bildirib.

O, Putin və Tramp arasında görüş üçün yer seçimi ilə bağlı şərh verməkdən imtina edib və bu cür xəbərlərə ehtiyatla yanaşmağı tövsiyə edib.


SON XƏBƏRLƏR

04 Fevral 2025