Rusiya, İran və Azərbaycanın Xarici İşlər Nazirliyi, Nəqliyyat Nazirliyi, Energetika Nazirliyi və gömrük xidmətlərinin rəhbərləri Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin Rəşt-Astara dəmir yolu qolunun tikintisinin gedişatını müzakirə etmək üçün yaxın vaxtlarda görüşəcəklər.
Bakıvaxtı.az-ın apa-ya istinadən verdiyi məlumata görə, bu barədə İranın Rusiyadakı səfiri Kazem Cəlali bildirib.
"Yaxın vaxtlarda İran, Rusiya və Azərbaycanın xarici işlər nazirləri, nəqliyyat nazirləri, energetika nazirləri və gömrük xidmətləri rəhbərlərinin iştirakı ilə üçtərəfli görüş keçirməyi planlaşdırırıq", - səfir qeyd edib.
Onun sözlərinə görə, bu layihənin həyata keçirilməsinə dair sazişin 2025-ci ilin martına qədər imzalanması planlaşdırılır.