• Bakı C

    14.42 m/s

  • USD - 1.7

    EUR - 1.7519

    RUB - 1.7036

Dubayda 550 milyon dollar dəyərində yeni kompleks inşa ediləcək

DÜNYA

04 Fevral 2025 | 16:10

Dubayda 550 milyon dollar dəyərində yeni kompleks inşa ediləcək

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay əmirliyinin sakinləri və turistlər üçün yeni böyük kompleksin tikintisi planlaşdırılır.

Bakıvaxtı.az "Prime"a istinadən xəbər verir ki, layihənin dəyəri 2 milyard BƏƏ dirhəmi (təxminən 545 milyon dollar) təşkil edəcək.

"Dubai Therms" adlı layihədə su-sağlamlıq kompleksi, akvapark və dünyanın ən böyük qapalı botanika bağının yerləşəcəyi nəzərdə tutulur.

Dubayın mərkəzində “Zaabel” parkında yerləşəcək obyektin tikintisinin 2028-ci ildə başa çatdırılması planlaşdırılır. Yeni kompleks ildə 1,7 milyon ziyarətçi qəbul edə biləcək.


SON XƏBƏRLƏR

04 Fevral 2025