• Bakı 22° C

    0.92 m/s

  • USD - 1.7

    EUR - 1.9604

    RUB - 2.3044

Rusiya: Ukrayna dronları bir neçə bölgəyə də hücumlar həyata keçirib

DÜNYA

09 Iyun 2026 | 16:48

Rusiya: Ukrayna dronları bir neçə bölgəyə də hücumlar həyata keçirib

Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının Rusiya ərazisinə növbəti hücumu olub.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Xəbərə görə, Ulrayna dronlarının hücumu nəticəsində bir nəfər yaralanıb, yaşayış evlərinə ziyan dəyib.

Məlumata görə, Belqorod vilayətinin Şebekino rayonunda FPV tipli dronun minik avtomobilinə zərbə endirməsi nəticəsində bir nəfər qəlpə yaraları alıb. Krasnodar diyarının Tuapse rayonunda isə vurulan dronların qalıqlarının yaşayış məntəqəsinə düşməsi iki fərdi evdə yanğına səbəb olub.

Bundan əlavə, Ukrayna dronlarının hücumu nəticəsində Xerson vilayəti ilə Krımı birləşdirən Çonqar körpüsünə də ziyan dəyib. Hadisədən sonra körpüdə nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılıb.
 
Fatimə İbrahimova

BDU-nun Jurnalistika fakültəsinin IV kurs tələbəsi


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR