• Bakı 23° C

    2.67 m/s

Rusiya XİN - dən  Ukraynaya kaset bombası tədarükünə MÜNASİBƏT

DÜNYA

08 Iyul 2023 | 17:59

Rusiya XİN - dən Ukraynaya kaset bombası tədarükünə MÜNASİBƏT

Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ın Ukraynaya kaset bombası tədarükü ilə bağlı qərarına münasibət bildirib.

Bakıvaxtı.az xəbər verir ki, Rusiya XİN-nin saytında yerləşdirilən bəyanatda bu qərarın ABŞ-ın Ukraynadakı münaqişəni və müharibəni son ukraynalıya qədər uzatmağa yönəlmiş aqressiv anti-Rusiya kursunun növbəti açıq təzahürü olduğu bildirilib.

"Bu qərar Ukraynanın çox reklam olunan "əks-hücum"unun uğursuzluğu fonunda çarəsizlik jesti və gücsüzlüyünün sübutudur. Bu, mülki əhali arasında itkilərdən asılı olmayaraq hazırkı Ukrayna hakimiyyətinin ağrı-acısını uzatmaq üçün kinli cəhddir. Vaşinqton əslində ərazinin minalanmasında şərik olacaq və partlayışlar nəticəsində ölənlərin, o cümlədən rusiyalı və ukraynalı uşaqların məsuliyyətini tam bölüşəcək.

Beynəlxalq ictimaiyyətin bu aşkar faktları rədd etməyə haqqı yoxdur və onlara adekvat cavab verməlidir", deyə bəyanatda vurğulanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Oktyabr 2026