• Bakı 10° C

    8.57 m/s

  • USD - 1.7

    EUR - 1.9814

    RUB - 2.2222

Rusiyada həmyerlisini bıçaqlayıb Azərbaycana qaçdı - Hökm oxundu

HADİSƏ

09 Dekabr 2025 | 10:08

Rusiyada həmyerlisini bıçaqlayıb Azərbaycana qaçdı - Hökm oxundu

Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərərvurmada təqsirləndirilən Babək Kərimzadənin (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Bakıvaxtı.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Abdulla Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona şərti cəza verilib.

İttihama görə, hadisə 2021-ci il avqustun 12-də, yerli vaxtla saat 14 radələrində Rusiya Federasiyası, Moskva şəhərində ticarət mərkəzlərindən birinin yaxınlığında qeydə alınıb.

Belə ki, Babək Kərimzadə tanışı, zərərçəkmiş Elmir Pənahovla (soyadı şərtidir) mübahisə edib. Bu zaman Babək qisas almaq məqsədilə bıçaqla Elmirin sinə və qarın nahiyəsinə zərbə vurub.

Məlumata görə, zərbə nəticəsində zərərçəkmiş şəxsdə döş qəfəsinin və qarın nahiyəsinin deşilmiş-kəsilmiş yaraları, dalağın xəsarəti ilə qarın boşluğuna nüfuz edən yara kanalı və hemoperitoneum yaranıb.

Məhkəmədə dindirilən Babək Kərimzadə elan olunmuş ittiham üzrə özünü təqsirli bilib və hadisə ilə bağlı ifadə verib. Bildirib ki, həmin vaxt Moskvada yaşayıb, meyvə alveri ilə məşğul olub. Hadisə günü səhər işə gedərkən zərərçəkmiş şəxs Elmir və yanında olan uşaqlarla qarşılaşıb. Elmir təqsirləndirilən şəxsdən onlara aylıq pul tələb edib, lakin Babək bu tələbə cavab verməyib. Sonradan aralarında münaqişə yaranıb və Elmir ona nalayiq ifadələr işlədərək üz nahiyəsinə yumruq atıb. Özünü saxlaya bilməyən təqsirləndirilən şəxs masanın üzərindəki meyvə bıçağını götürərək zərərçəkmiş şəxsə xəsarət yetirib.

Hadisədən sonra təqsirləndirilən şəxs Moskvadan Minsk şəhərinə, oradan isə Azərbaycana qayıdıb. Bakı şəhərində hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq ilkin istintaq üçün Tovuz Rayon Polis Şöbəsinə gətirilib. Barəsində əvvəlcə həbs, sonradan isə ev dustaqlığı qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxs törətdiyi əməlindən peşman olub və məhkəmədən ona yüngül cəza verilməsini xahiş edib.


SON XƏBƏRLƏR

08 Dekabr 2025