• Bakı 22° C

    7.71 m/s

  • USD - 1.7

    EUR - 1.8912

    RUB - 0.0186

Rusiyada iki məktəbli Mİ-8 helikopterini məhv etdi

DÜNYA

11 Sentyabr 2024 | 21:27

Rusiyada iki məktəbli Mİ-8 helikopterini məhv etdi

Rusiyada 13 və 14 yaşlı iki məktəbli hava limanı ərazisinə soxularaq Mİ-8 helikopterini yandırıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Yamalo-Nenets Muxtar Dairəsinin Noyabrsk şəhərində qeydə alınıb.

Yanğın zamanı məktəblilərin özləri də xəsarət alıblar. Belə ki, dostlar helikopteri yanacaq maddəsi ilə suvarıblar, sonra yanında siqaret çəkməyə qərar veriblər. Onlardan biri ehtiyatsızlıqdan közərən siqareti atıb və bu, güclü partlayışa səbəb olub.

Onlar yanıq xəsarətləri alıblar və xəstəxanaya yerləşdiriliblər.

Dindirmə zamanı məktəblilər etiraf ediblər ki, naməlum şəxslərin göstərişi ilə hərəkət ediblər və bunun müqabilində onlara 5 milyon rubl (təxminən 93 min manat) vəd edilib.


SON XƏBƏRLƏR