Ukrayna prezidenti Vladimir Zelenski Vatikana səfərindən sonra Almaniyaya gəlib.
Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.
Məlumata görə, Ukrayna liderinin Almaniya kansleri Olaf Şolzla görüşü planlaşdırılıb.
Görüşdə onun “qələbə planı” barədə danışacaqları qeyd olunub.
Danışıqlardan əvvəl keçirdiyi brifinqdə Zelenski münaqişənin 2025-ci ildən gec olmayaraq bitməsini görmək istədiyini bildirib.
Mina Mikayılova
















