• Bakı 20° C

    2.83 m/s

  • USD - 1.7

    EUR - 1.9095

    RUB - 1.9963

Rupi dollar qarşısında rekord dərəcədə ucuzlaşıb

DÜNYA

11 Oktyabr 2024 | 16:45 | Müəllif: Əli Hüseynov

Rupi dollar qarşısında rekord dərəcədə ucuzlaşıb

Xaricə kapital axını fonunda Hindistan rupisinin dollar qarşısında məzənnəsi rekord dərəcədə aşağı düşüb.

Bakıvaxtı.az Bloomberg agentliyinə istinadla xəbər verir ki, hazırda bir dollar ilk dəfə olaraq 84 rupidən baha satılır. Agentliyin məlumatına görə, ay ərzində xarici investorlar 5,7 milyard dollar dəyərində səhm satıb, istiqrazlardan xaricə vəsait axını isə 125 milyon dollar təşkil edib.

Rupi cari il ərzində mütəmadi olaraq zəifləməyə davam etsə də, mərkəzi bank valyutanın sabitliyini qorumağa çalışıb. Çərşənbə günü Hindistanın Ehtiyat Bankı “neytral” mövqe tutduğunu elan etdikdən sonra ölkənin aşağı faiz dərəcəsinə doğru irəliləməsi ilə bağlı ehtimallar güclənib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Oktyabr 2026