• Bakı 23° C

    2.17 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

İrana sanksiyalar tətbiq ediləcək - Rusiyaya görə

DÜNYA

11 Oktyabr 2024 | 19:04 | Müəllif: Gülşən Şərif

İrana sanksiyalar tətbiq ediləcək - Rusiyaya görə

Aİ-nin 27 ölkəsinin xarici işlər nazirləri oktyabrın 14-də Rusiyaya ballistik raketlərin ötürülməsi iddiasına görə İrana qarşı sanksiyaları təsdiq edəcəklər.

Bakıvaxtı.az xəbər verir ki, bunu Avropa İttifaqının yüksək rütbəli nümayəndəsi bildirib.

“Nazirlər ballistik raketlərin Rusiyaya ötürülməsinə görə İrana qarşı sanksiyaları təsdiqləyəcəklər”, - o deyib.

Qeyd edək ki, “The Wall Street Journal” adı açıqlanmayan amerikalı və avropalı rəsmilərə istinadən İranın Rusiyanı qısa mənzilli ballistik raketlərlə təchiz etdiyini iddia edib.

Daha sonra İran bəyanat yayaraq xəbərin yalan olduğunu açıqlayıb.(qafqazinfo)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026