• Bakı 16° C

    11.12 m/s

  • USD - 1.7

    EUR - 1.8199

    RUB - 0.0182

Rusiyadan gətirilən dondurulmuş toyuq məhsullarında bakteriya aşkarlandı

İQTİSADİYYAT

17 Aprel 2024 | 18:18

Rusiyadan gətirilən dondurulmuş toyuq məhsullarında bakteriya aşkarlandı

Rusiyadan Azərbaycana idxal edilən dondurulmuş toyuq məhsulunda salmonella aşkarlanıb.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, “Ladess Group” MMC-nin Rusiya Federasiyasından idxal etdiyi "Stavropolskiy Broyler" MMC-nin “Nevinnomısskiy” filialının istehsalı olan ümumi çəkisi 19,2 ton dondurulmuş toyuq filesi məhsulundan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.

Aparılan sınaq nəticəsinə əsasən, nümunələrdə salmonella bakteriyası aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq təhlükəli məhsulun gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv olunması barədə qərar qəbul edilib


SON XƏBƏRLƏR

30 Aprel 2024