“Naxçıvan Bank”dan Kapital Bank”a ötürülən kredit portfelinin həcmi 184 milyon manat civarındadır.
Bakıvaxtı.az xəbər verir ki, bunu 2023-cü ilin maliyyə nəticələri ilə bağlı keçirilən mətbuat konfransında “Kapital Bank”ın İdarə Heyətinin sədri, Baş icracı direkoru Fərid Hüseynov deyib.
O bildirib ki, portfelin 84,5 milyon manatı korporativ kreditlərin, qalan hissəsi isə qeyri-korporativ kreditlərin payına düşüb.
Fərid Hüseynov əlavə edib ki, Kapital Bank-ın hansısa bankı, o cümlədən "Naxçıvan Bank”ı almaq planı yoxdur.
“2023-cü il üzrə ötürülən portfel bankın 3%-i civarındadır. Bu da kiçik rəqəmdir. Məqsəd müştərilərin rahatlığını təmin etməkdir”- F. Hüseynov əlavə edib.