• Bakı 10° C

    6.1 m/s

  • USD - 1.7

    EUR - 1.8453

    RUB - 1.9383

Rusiyalı məşhur radio aparıcısı Heydər Əliyevin məzarını ziyarət edib

SİYASƏT

17 Fevral 2025 | 14:50

Rusiyalı məşhur radio aparıcısı Heydər Əliyevin məzarını ziyarət edib

Rusiyanın məşhur radio aparıcısı Mixail Labkovski dünən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət edib.

Bakıvaxtı.az xəbər verir ki, o, həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın və Azərbaycanın məşhur opera və estrada müğənnisi Müslüm Maqomayevin məzarı üzərinə gül dəstələri qoyub.

M.Labkovski ilə birlikdə jurnalist Həmid Həmidov və aparıcının Azərbaycandakı konsertinin təşkilatçıları da Fəxri xiyabana gəliblər.

Rusiyalı psixoloq, yazıçı, hüquqşünas, televiziya və radio aparıcısı Mixail Labkovski bu gün axşam Heydər Əliyev Sarayında çıxış edəcək. Çıxış "Məhəbbət və xoşbəxtlik haqqında böyük söhbət" layihəsi çərçivəsində "konsultasiya" formatında baş tutacaq.


SON XƏBƏRLƏR

11 Mart 2025