• Bakı C

    14.31 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Ermənistan hərbi təxribatlara əl ata bilər: Rəsmi İrəvan anlayır ki...

SİYASƏT

19 Mart 2025 | 13:26

Ermənistan hərbi təxribatlara əl ata bilər: Rəsmi İrəvan anlayır ki...

"Ermənistanda ordunun kimlərdən ibarət olmasına, generalitetin hansı xarici dairələrə bağlı olmasına baxmayaraq, təxribatlara görə məsuliyyət Ermənistan rəhbərliyinin, hökumət başçısının üzərindədir".

Bunu Bakıvaxtı.az-a açıqlamasında politoloq  Zaur Məmmədov deyib.

Ekspert vurğulayıb ki, Ermənistanın baş naziri Nikol Paşinyan və ordu son günlər şərti sərhədlərdə baş verən atəşkəs pozuntularına, təxribatlara görə günahkardır:

"Açıq şəkildə görünür ki, təxribatlar məhz Ermənistan ordusu və onun rəhbərliyi tərəfindən həyata keçirilir. Təbii ki, belə məqamda ritorik sual ortaya çıxır. Niyə sülh danışıqlarının getdiyi, razılaşmaların olduğu mərhələdə niyə erməni tərəfi Laçın, Zəngilan, Qubadlı istiqamətində səngərlər qazır, müdafiə-istehkamları qurur? Peyk görüntülərindən məlum oldu ki, Ermənistan nəqliyyat yollarını bəpra etmək, Zəngəzur dəhlizinin açılmasını sürətləndirmək əvəzinə Naxçıvan istiqamətində canlı qüvvə hərbi texnika cəmləyir”.

Onun sözlərinə görə, digər məqam odur ki, aprelin 1-dən etibarən Ermənistanın son beş illik tarixində ilk dəfə olaraq ən genişmiqyaslı hərbi təlimlər keçiriləcək və 10 həftə davam edəcək:

“Ermənistan tərəfi aprel ayında Azərbaycana qarşı hansısa hərbi təxribatlara da əl ata bilər. Bu ehtimalı gözardı etmək olmaz. Ermənistan daxilində Rusiya və ABŞ arasındakı münasibətlərin normallaşmasından istifadə edərək Nikol Paşinyanı daha aktiv formada ittiham edirlər. Bu kontekstdə seçkidən qabaq Paşinyanın şərti sərhədlərdə kiçik "qələbə" əldə etməsi ölkə daxilində baş nazirin reytinqinə müsbət təsir göstərə bilər. Həm də müxalifət düşərgəsini neytrallaşdırar".

Zaur Məmmədov: Sülh sazişinin imzalanması hərbi münaqişənin birmənalı aradan qalxması anlamına gəlmir

Siyasi şərhçi vurğulayıb ki, Ermənistan tərəfi Konstitusiya dəyişikliyi məsələsinə 2026-cı ildə keçiriləcək seçkilərdən sonra baxılacağını deyib:

"Bu dəyişiklik 2026-cı ildə də ola bilər, 2027-ci ildə də. Hər halda Paşinyan qarantiya istəyir. Seçkilərdə qalib gəldikdən sonra Konstitusiya dəyişikliyi, referendum haqqında düşünəcəklər. İndi Ermənistan hökuməti sülh müqaviləsini imzalamağa hazır olduğunu bildirir, vaxtının, yerinin müəyyən olunması ilə bağlı açıqlamalar verir. Amma əsas sual odur ki, indiki məqamda sülh müqaviləsinin imzalanması Azərbaycana və Ermənistana nə verəcək? Ermənistan tələsir ona görə ki, ABŞ-Rusiya yaxınlaşması Paşinyanı təşvişə salıb. Bu təşvişin də səbəbi Paşinyanın öz hakimiyyəti və şəxsi təhlükəsizliyi ilə bağlıdır. Çünki revanş barədə düşünənlər var və Rusiyanın Paşinyanı "cəzalandıracağı" gün elə də uzaqda deyil. Ermənistan öz oxunu dəyişmək niyyətindədir. Anlayır ki, Qərbə bel bağlamaq ona problemlər yarada bilər. Qeyd edim ki, indiki məqamda sülh sazişinin imzalanması hərbi əməliyyatların, hərbi münaqişənin birmənalı aradan qalxması anlamına gəlmir. İstənilən vaxt Cənubi Qafqazda vəziyyət dəyişə bilər. Zəngəzur istiqamətində ciddi toqquşma ehtimalı qalmaqdadır. Azərbaycanın təklifi elə idi ki, Zəngəzur istiqamətində bufer zona yaradılsın və orada erməni silahlıları, hərbi texnikası olmasın".

Aydın Baxış


SON XƏBƏRLƏR