• Bakı 14° C

    1.25 m/s

Rusiyanın beynəlxalq maliyyə ehtiyatları “əriyir”

İQTİSADİYYAT

02 Iyun 2023 | 20:35 | Müəllif: Subhan Mahmudov

Rusiyanın beynəlxalq maliyyə ehtiyatları “əriyir”

Rusiya Federasiyasının beynəlxalq maliyyə ehtiyatları ötən həftə ərzində 3 milyard dollar azalaraq 586,3 milyard dollar təşkil edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Bankı məlumat yayıb.

"Beynəlxalq ehtiyatların həcmi yenidən qiymətləndirmə, habelə fiskal qayda çərçivəsində həyata keçirilən əməliyyatlar nəticəsində bir həftə ərzində 3 milyard ABŞ dolları və ya 0,5% azalaraq mayın 26-na 586,3 milyard ABŞ dolları təşkil edib.", - deyə məlumatda bildirilib.

Qeyd edək ki, Ukraynada hərbi münaqişəyə başlamazdan öncə 2022-ci ilin yanvar ayına olan məlumata əsasən Rusiyanın ehtiyatları 640 milyard dollara yaxın idi./oxu.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Oktyabr 2026