• Bakı 9° C

    6.07 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Rusiyanın daha bir tədbirdə iştirakına QADAĞA QOYULDU

DÜNYA

01 Mart 2022 | 03:48 | Müəllif: Qalib İbrahimoğlu

Rusiyanın daha bir tədbirdə iştirakına QADAĞA QOYULDU

Davam edən koronavirus pandemiyası səbəbilə məşhur MWC (Mobile World Congress) sərgisi 2020-2021-ci illərdə ənənəvi formatda keçirilməmişdi.

Bakıvaxtı.az-ın məlumatına görə, sözügedən sərginin təşkilatçısı olan GSMA öncədən xəbər vermişdi ki, bu il ənənəvi sərgi Barselonada öz qapılarını hamı üçün açacaq. Belə də oldu. Sərgi artıq bu gün start götürüb.

Lakin Ukraynada olan vəziyyət səbəbilə Avropanın bir çox ölkəsi Rusiyanın beynəlxalq tədbirlərdə iştirakına qadağa qoyub. Buna misal olaraq Avroviziya mahnı müsabiqəsini və ya Formula-1 yarışlarını gətirmək olar. GSMA isə rəsmi şəkildə elan edib ki, Rusiyanın MWC 2022 sərgisində və GSMA-nın bu ilki tədbirlərində iştirakına qadağa qoyur.

 “GSMA assosiasiyası Rusiyanın Ukrayna ərazilərinə daxil olmasını pisləyir. Vəziyyət sürətlə dəyişir və biz başa düşürük ki, müxtəlif hökumətlər Rusiyaya qarşı daha geniş sanksiyaların tətbiq edilməsi imkanını nəzərdən keçirdirlər. Yaranmış bu vəziyyətlə və Ukraynada həlak olmuş insanların fonunda MWC əhəmiyyətsiz görünür. GSMA hökumətlərin bütün sanksiyalarına qoşulur və qeyd edir ki, yaranmış vəziyyət səbəbilə MWC 2022 sərgisində Rusiyaya aid pavilyon mövcud olmayacaq”, - deyə GSMA qeyd edib (technote.az).

Həmrəylik əlaməti olaraq və Rusiyaya qarşı olan sanksiyaları dəstəkləyərək GSMA həmçinin MWC-də iştirak edən bəzi Rusiya şirkətlərini də qara siyahıya salıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026