Rusiya qoşunları Çernobıl AES-in ərazisini tərk edərək Belarus ərazisinə keçməyə başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bunu Pentaqondakı adı açıqlanmayan mənbə bir çox media orqanlarının (xüsusən AFP və “Al-Arabia”) müxbirlərinə bildirib.
“Biz onların getdiyini düşünürük. Ancaq onalrın hamısının getdiyini deyə bilmərəm”, - mənbə qeyd edib(oxu.az).
Xatırladaq ki, Rusiya qoşunları Çernobılda nəzarəti müharibənin lap əvvəlində - fevralın 24-də ələ keçiriblər.
















