Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edə bilər.
Bakıvaxtı.az xəbər verir ki, Bbu barədə “The Wall Street Journal” etibarlı mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunub ki, Aİ yaxın günlərdə Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi, o cümlədən Rusiya banklarına, iş adamlarının ailələrinə qarşı yeni sanksiyaların tətbiqi, kriptovalyutadan istifadəyə qoyulan məhdudiyyətlərin genişləndirilməsi imkanlarını araşdırır.
Qəzetin yazdığına görə, yeni sanksiyalar təklifi gələn həftə açıqlana bilər.
















