• Bakı 26° C

    5.77 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Boris Conson “Bayraktar”dan DANIŞDI

DÜNYA

31 Mart 2022 | 00:41 | Müəllif: Qalib İbrahimoğlu

Boris Conson “Bayraktar”dan DANIŞDI

Britaniya Baş naziri Boris Conson İcmalar Palatasının komitəsində millət vəkillərinin suallarını cavablandırarkən “Bayraktar TB2” PUA-larını xatırladıb.

Bakıvaxtı.az-ın məlumatına görə, o, tədarük etdikləri “STARStreak” yüksək sürətli hava hücumundan müdafiə raketlərinin və Türkiyədən alınan adıçəkilən PUA-larının Ukraynadakı müharibədə mühüm rol oynadığını bildirib.

Hökumət başçısı Rusiyaya qarşı sanksiyaların ölkə hərbçilərinin Ukraynanı tərk edənədək davam etdirilməli olduğunu qeyd edib.

Conson, həmçinin ölkəsinin Ukrayna xalqına dəstəyini artıracağını vurğulayıb./oxu.az/


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026