• Bakı 10° C

    6.44 m/s

  • USD - 1.7

    EUR - 1.98

    RUB - 2.2094

Rusiyanın hücumları inntensivləşir: Moskvanın Kiyevdən şərtləri sərləşə bilər

SİYASƏT

09 Dekabr 2025 | 14:16

Rusiyanın hücumları inntensivləşir: Moskvanın Kiyevdən şərtləri sərləşə bilər

ABŞ Prezidenti Donald Tramp Ukrayna və Rusiya arasında sülh razılaşması əldə etmək üçün hansı təzyiq alətlərindən istifadə edəcəyini bilir.

Bakıvaxtı.az xəbər verir ki. bu barədə ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker “Foks Nyus” telekanalına müsahibəsində danışıb.

Uitakerin sözlərinə görə, hazırda tərəflər arasında müəyyən irəliləyiş müşahidə olunur:

“Prezident Tramp ruslara və ukraynalılara necə təzyiq göstərməli olduğunu bilir. Mən optimistəm, ümidliyəm”.

Diplomat onu da qeyd edib ki, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və prezidentin kürəkəni Cared Kuşner çoxmərhələli və mürəkkəb sülh sazişinin hazırlanmasında Ukrayna və Rusiyaya yardım göstərir. Dediyinə görə, Tramp istənilən anda sülhün mümkünsüz olduğu qənaətinə gələrsə, ABŞ sülh prosesindən geri çəkilə bilər.

Digər tərəfdən, sahədə vəziyyət gərgin olaraq qalır. Son günlər Rusiya ordusu hücumları gücləndirərək yeni əraziləri işğal edib. “DeepState” analitik layihəsinin məlumatına görə,  Donetsk vilayətində Lısovka, Suxoy Yar, Qnatovka, Roq və Novopavlovka yaşayış məntəqələri Rusiya tərəfindən işğal olunub. Bundan başqa, rusların Pokrovsk istiqamətində irəliləyişi, eləcə də Mirnoqrad və Severskdə aktivlik qeydə alınıb.

Mövzunu Bakıvaxtı.az-a şərh edən politoloq Fuad Abbasov bildirib ki, bu açıqlamalar Ukraynanın sülhə razı olması anlamına gəlmir. Onun sözlərinə görə, burada əsas məqsəd Rusiyanın təklifləri barədə tam və dəqiq informasiya əldə etməkdir:

“Çünki Rusiya müharibə başladığından bəri Ukraynaya müxtəlif təkliflər irəli sürüb. Hətta müharibənin 2020-ci ilin fevralında başladığı ilk günlərdə tərəflər Minskdə və İstanbulda görüşlər keçiriblər. Lakin bütün bu proseslər konkret nəticə verməyib. Niyə? Çünki Rusiya Ukraynadan qəbuledilməz şərtlər tələb edir”.

Müsahibimizə görə, digər tərəfdən, Ukrayna son illərdə həm döyüş meydanında, həm də hərbi texnologiyalar sahəsində müəyyən uğurlar qazanıb. Bu da Rusiyanı müəyyən güzəştlərə getməyin zəruri olduğunu anlamağa məcbur edib:

“Belə bir şəraitdə Rusiyanın hücumları intensivləşdirməsi onun danışıqlar masasında daha sərt şərtlər irəli sürmək istəyi ilə bağlı ola bilər. Bunu həm Tramp, həm Zelenski çox yaxşı anlayır. Zelenski isə bunu nəzərə alaraq həm müdafiəni gücləndirir, həm də zəruri istiqamətlərdə ordunun hücumlarını artırır. Çünki hazırkı durum göstərir ki, təkcə diplomatik danışıqlar deyil, eləcə də döyüş meydanında əldə edilən üstünlüklər münaqişənin həllində həlledici rol oynaya bilər".

Fuad Abbasov: Hazırkı mərhələdə Rusiyanın nə istədiyini dəqiq demək çətindir

Analitik əlavə edib ki, hələlik qəti nəsə demək çətindir, çünki Rusiyanın Ukraynadan tələbləri 2020-ci ildən bəri ciddi şəkildə dəyişib:

"Ukrayna isə əsas olaraq ərazi bütövlüyündən imtina etmədiyi üçün Rusiyanın irəli sürdüyü bir çox şərtləri qəbulolunmaz hesab edir. Hazırkı mərhələdə Rusiyanın nə istədiyini dəqiq demək çətindir. Görüş keçirildikdən sonra tərəflərin mövqeləri daha aydın görünəcək və biz də məsələyə yenidən qayıdıb onları təhlil edə biləcəyik".

Aynur Babazadə


SON XƏBƏRLƏR