• Bakı 14° C

    2.52 m/s

Rusiyanın Ukraynadakı İTKİLƏRİ AÇIQLANDI

SİYASƏT, DÜNYA

01 Fevral 2024 | 11:37

Rusiyanın Ukraynadakı İTKİLƏRİ AÇIQLANDI

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 1000 hərbçisini itirib. 

Bakıvaxtı.az "Unian"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. 

Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 386 230 nəfərə çatıb. 

Həmçinin son sutka ərzində Rusiyaya məxsus 12 tank, 16 zirehli döyüş maşını, 33 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb. 

Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Oktyabr 2026