• Bakı 19° C

    2.87 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Rusiyanın Ukraynadakı müharibədə itkiləri - SİYAHI

DÜNYA

02 Sentyabr 2023 | 11:58

Rusiyanın Ukraynadakı müharibədə itkiləri - SİYAHI

Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 264 060 hərbçisi məhv edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, Rusiyanın digər döyüş itkiləri 4 471 tank, 8 637 zirehli maşın, 5 560 artilleriya sistemi, 736 RYAS (reaktiv yaylım atəşi sistemi), 501 hava hücumundan müdafiə sistemi, 315 təyyarə, 316 helikopter, 4 433 operativ-taktiki PUA, 1 447 qanadlı raket, 18 gəmi/qayıq, 8 043 avtomobil və sistern, 835 xüsusi texnikadan ibarətdir.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.
 


Rusiyanın Ukraynadakı müharibədə itkiləri - SİYAHI
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Oktyabr 2026