• Bakı 23° C

    2.92 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Türkiyə bu ölkəyə "Akıncı"lar verəcək

DÜNYA

02 Oktyabr 2023 | 10:26

Türkiyə bu ölkəyə "Akıncı"lar verəcək

Türkiyə Ukraynaya "Akıncı" PUA-ları verə bilər.

Bakıvaxtı.az xəbər verir ki, bunu “Baykar” şirkətinin rəhbəri Haluk Bayraktar deyib.

"Türkiyə tərəfi “Bayraktar Akıncı” pilotsuz uçuş aparatlarının (PUA) Ukraynaya tədarükü məsələsini nəzərdən keçirir”, - o qeyd edib.

Onun sözlərinə görə, Ukraynada müəyyən PUA növlərinin istehsal edilməsi üçün şirkət Türkiyə hökumətindən icazə almalıdır:

“Müdafiə sahəsində əməkdaşlıq məsələsində dövlətin icazəsi lazımdır və bizə belə bir icazə verilib. Bu məsələ ilə bağlı yalnız onu deyə bilərəm ki, “Bayraktar Akıncı” məsələsi nəzərdən keçirilir”.

Qeyd edək ki, "Akıncı" PUA-nın hazırlanması üzərində işlər 4 il davam edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Sentyabr 2026