• Bakı 12° C

    1.03 m/s

  • USD - 1.7

    EUR - 1.9148

    RUB - 2.0782

Fransa Orta Asiyada AES tikə bilər

DÜNYA

01 Noyabr 2023 | 09:18

Fransa Orta Asiyada AES tikə bilər

Qazaxıstan Fransanın EDF şirkəti ilə atom elektrik stansiyasının (AES) tikintisi ilə bağlı danışıqlar aparmağa hazırdır.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Qazaxıstanın energetika naziri Almasadam Satkaliyev məlumat verib.

"EDF əvvəllər atom elektrik stansiyasının tikintisi üçün potensial təchizatçılar hesab edilən şirkətlərin qısa siyahısına daxil edilib. Əgər Fransa tərəfi iştirakla bağlı danışıqlara başlasa, biz bu danışıqları aparmağa və onların bütün suallarını cavablandırmağa hazırıq", - nazir bildirib.

O, bunu Fransa prezidenti Emmanuel Makronun Qazaxıstana rəsmi səfəri çərçivəsində danışıqların gündəliyi məsələsini cavablandırarkən deyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR