• Bakı C

    2.35 m/s

  • USD - 1.7

    EUR - 1.8386

    RUB - 0.0184

Lavrovun təyyarəsi yolunu dəyişdi

DÜNYA

30 Noyabr 2023 | 23:20

Lavrovun təyyarəsi yolunu dəyişdi

Bolqarıstan ərazisi üzərindən uçuşuma qadağa amerikapərəst siyasətçilər tərəfindən qoyulub, məntiqi baxımdan bu, anlaşılmazdır.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Rossiya 24” kanalına müsahibəsində deyib.

O iddia edib ki, Bolqarıstanda ictimai xadimlər öz siyasətçilərinin – Amerika düşüncəsinin aparıcılarının – növbəti dəfə qəribə hərəkət etməsindən şoka düşüblər:

“Çünki bu, məntiqdən, sağlam düşüncədən, qanundan kənardır - həm beynəlxalq, həm də daxili. Bu, absurddur”.

O vurğulayıb ki, Bolqarıstan ərazisinə enməyən təyyarədə insana necə qadağa qoyula biləcəyini başa düşmək mümkün deyil.

Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun rəhbərlik etdiyi nümayəndə heyətini daşıyan təyyarə ötən gün ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasının keçirildiyi Şimali Makedoniyaya çatıb. Əvvəlcə təyyarənin Bolqarıstan ərazisindən keçəcəyi ilə bağlı razılıq olub, daha sonra isə Bolqarıstan razılaşmanı ləğv edib. Buna səbəb isə Bolqarıstanın icazəsinin Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovaya şamil edilməməsi olub.


SON XƏBƏRLƏR

21 Fevral 2024