• Bakı 12° C

    6.5 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Polşa Ukraynadan atılan raketi tapa bilmir

DÜNYA

30 Dekabr 2023 | 20:53 | Müəllif: Subhan Mahmudov

Polşa Ukraynadan atılan raketi tapa bilmir

Polşa hərbçiləri Ukraynadan atılan raketin izlərini tapa bilməyiblər. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə X sosial şəbəkəsində Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı məlumat yayıb.

Departamentin məlumatına görə, 500-ə yaxın ərazi yoxlanılıb. Nəticədə yoxlama nəticəsiz başa çatıb.

“Lüblin bölgəsinin sakinlərinin təhlükəsizliyini təhdid edə biləcək heç bir şey tapılmadı. Ordunun fəaliyyəti başa çatıb və biz ərazidə daha heç bir yoxlama fəaliyyəti planlaşdırmırıq”, - deyə məlumatda bildirilir.

Bir gün əvvəl naməlum uçan obyekt Ukrayna istiqamətindən Polşaya atılıb. Sərhədi keçən andan siqnal yoxa çıxana qədər obyektin hava hücumundan müdafiə radarları vasitəsilə izləndiyi barədə məlumat ortaya çıxıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026