ABŞ İranla müharibə və Yaxın Şərqdə münaqişənin genişlənməsini istəmir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi NBC telekanalında bildirib.
“Biz İranla müharibə axtarmırıq və regionda münaqişənin genişlənməsini istəmirik”, - deyə o bildirib.
Kirbi ABŞ-nin Yaxın Şərq bölgəsinin sabit olmasını və ABŞ ordusuna qarşı hücumların orada dayandırılmasını istədiyini vurğulayıb.
Günəş Mərd















