• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

İPhone şarj kabeli ölümə səbəb oldu

DÜNYA

28 Fevral 2024 | 16:19

İPhone şarj kabeli ölümə səbəb oldu

Moskvada 17 yaşlı yeniyetmə iPhone-un şarj kabelindən güclü elektrik cərəyanı vuraraq dünyasını dəyişib.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir.

Məlumata görə, hadisədən əvvəl o, sevgilisi ilə telefonla danışıb, eyni zamanda cihazı enerji ilə doldurub.

Sevgilisinin sözlərinə görə, oğlan qəflətən qışqırıb, bundan sonra onunla əlaqə kəsilib.

Ertəsi gün gəncin cəsədi anası tərəfindən qulağından az qala çiyninə qədər uzanan şiddətli yanıqla aşkar edilib.

Bildirilir ki, yanan yastığın üzərində şarj cihazına qoşulmuş yanmış iPhone olub.

Hadisəyə təsir göstərə biləcək digər amillər də daxil olmaqla, hər hansı digər təfərrüatlar açıqlanmayıb.

Mina Mikayılova


SON XƏBƏRLƏR

26 Iyul 2024