Rusiya Kiyev administrasiyasını gözdən salmaq üçün yazda xüsusi əməliyyat keçirəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti yanında Kəşfiyyat Komitəsi məlumat yayıb.
Açıqlamada Rusiya rəhbərliyinin dünya ictimaiyyətinin diqqətini bilərəkdən Rusiya-Ukrayna müharibəsindən yayındırmaq üçün planlı təxribat, informasiya əməliyyatı və açıq təxribat planını həyata keçirməyə başladığı qeyd olunub.
Ukraynanın müharibədə qalib gələ bilməyəcəyi ilə bağlı yalan məlumatların daha da geniş yayılacağı vurğulanıb:
“Rusların əsas məqsədi Ukrayna cəmiyyətini ruhdan salmaq, xalq arasında çaxnaşma yaratmaq, əsgərlərlə mülki şəxslər arasında çaxnaşma salmaq, ölkənin siyasi idarəsi və vətəndaş cəmiyyəti də daxil olmaqla hər kəsi bir-birinə qarşı qoymaqdır".
Bəyanatda Ukrayna beynəlxalq müttəfiqlərini qlobal təhdidlərə və yeni qlobal hibrid müharibəyə qarşı mübarizədə xüsusilə informasiya sahəsində birgə müqavimətə və hərtərəfli təhlükəsizlik tədbirlərini gücləndirməyə çağırıb.
Günəş Mərd









jpg-1711700968.webp)





