Suriyadakı Amerika bazası raketlər və İHA-larla hücuma məruz qalıb.
Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.
Məlumata görə, Suriyanın şərqindəki Deyr əz-Zor əyalətindəki Ömər neft yatağındakı Amerika bazası beş raket və bir pilotsuz təyyarə ilə hücuma məruz qalıb.
Bildirilir ki, raketlər Amerika bazasının cənub hissəsinə düşüb. ABŞ bazasına edilən hücumlara cavab olaraq Amerika təyyarələri Deyr əz-Zorda Suriya ordusunun müttəfiq qüvvələrinə zərbələr endirib.
Əvvəlcə ona iki, sonra daha üç raket atılıb. Üçüncü hücum zamanı hərbi bazanın ərazisinə ondan çox raket düşüb.
Hücum nəticəsində bazada yanğın baş verib.
Mina Mikayılova