• Bakı 24° C

    2.35 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Yanvarın 1-i Ukraynada matəm elan ediləcək

DÜNYA

30 Dekabr 2023 | 22:59 | Müəllif: Subhan Mahmudov

Yanvarın 1-i Ukraynada matəm elan ediləcək

Yanvarın 1-i Ukraynada matəm günü elan ediləcək.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin rəsmisi Anton Gereşenko “X”də yazıb.

Onun sözlərinə görə, buna səbəb dekabrın 29-da Ukraynada həyata keçirilmiş kütləvi raket hücumudur.

A.Gereşenko bildirib ki, bu kütləvi hücum nəticəsində rekord sayda insan həlak olub.

Qeyd edək ki, dekabrın 29-da Ukraynaya kütləvi raket hücumu olub. Nəticədə 27 nəfər ölüb, 144 nəfər yaralanıb.

Xilasedicilər bu gün daha üç qurbanın cəsədini aşkar ediblər.

Qeyd edək ki, dekabrın 30-u Zaporojye, Odessa və Dneprdə matəm günü elan edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Sentyabr 2026