• Bakı 13° C

    8.33 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Netanyahu onları HƏMAS-a yardım etməkdə ittiham etdi

DÜNYA

29 Yanvar 2024 | 21:00 | Müəllif: Subhan Mahmudov

Netanyahu onları HƏMAS-a yardım etməkdə ittiham etdi

İsrailin Baş naziri Benyamin Netanyahu Tel-Əvivin 7 oktyabr 2023-cü ildə HƏMAS-ın ölkəsinə qarşı hücumunda BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlətmə Agentliyinin (UNRWA) bəzi əməkdaşlarının iştirak etdiyinə dair kəşfiyyat məlumatı yayımladığını təsdiqləyib.

Bakıvaxtı.az xəbər verir ki, bu haqda "Reuters" agentliyi məlumat yayıb.

"Biz aşkar etdik ki, BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlətmə Agentliyinin 13 əməkdaşı həqiqətən də 7 oktyabr qırğınında birbaşa və ya dolayısı ilə iştirak edib. Həmin agentliyin məktəbləri İsraili məhv etmək doktrinalarını öyrədir - terrorizm doktrinaları, terrorizmi tərifləmək, terrorizmi ucaltmaq", - Baş nazir bildirib.

O, HƏMAS-ın BMT-nin yardım agentliyinə "nüfuz etdiyini" deyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026