• Bakı 20° C

    2.94 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

Dilan Polat və əri saxlanıldı - VİDEO

DÜNYA

01 Noyabr 2023 | 09:07 | Müəllif: Qalib İbrahimoğlu

Dilan Polat və əri saxlanıldı - VİDEO

Türkiyəli sosial media fenomeni Dilan Polat və həyat yoldaşı, iş adamı Engin Polat saxlanılıb.

Bakıvaxtı.az bu barədə Türkiyə mətbuatına istinadla xəbər verir.

Məlumata görə, cütlük Anadolu Baş Prokurorluğunun başlatdığı istintaq çərçivəsində İstanbul Polis İdarəsi Maliyyə Cinayətləri Mübarizə Şöbəsi qrupları tərəfindən İstanbul Polis İdarəsinə aparılıb.

Qeyd olunur ki, daha əvvəl barələrində istintaq başladılan cütlüyün şirkətlərində axtarış aparılıb.

Polat cütlüyü ilə birlikdə saxlanılan Sıla Doğu, Kürşat Polat və Ahmet Gün Bayrampaşa Dövlət Xəstəxanasında müayinə olunub.

Vergi müfəttişlərinin tələbi ilə Anadolu Respublika Baş Prokurorluğu cütlüyə aid 15 şirkətdə axtarış qərarı çıxarıb. Axtarışlardan sonra çoxlu materiallar ələ keçirilib.

Qeyd olunur ki, Polat cütlüyünün bir gözəllik mərkəzi və kosmetika şirkətinə sahib olması onların diqqətini Türkiyə daxilində başqa işlərə yönəltməsinə səbəb olub.

Murad Məmmədli

 

 


Dilan Polat və əri saxlanıldı - VİDEODilan Polat və əri saxlanıldı - VİDEODilan Polat və əri saxlanıldı - VİDEO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR