Çində meymun üç yaşlı qızı qaçırıb.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, hadisə Quizhou əyalətində baş verib. Belə ki, valideynlərinin ağacın altında tək qoyduğu qızı meymun qaçırıb. Daha sonra polis yaxınlıqdakı meşədə axtarışlara başlayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları qızı uçurumun yaxınlığında tapıb.
Məlumata görə, qızın bədənində meymunun barmaq izlərinə bənzəyən bir neçə cızıq olub.
Polis bildirib ki, hadisə ilə əlaqədar olaraq, sakinlərin təhlükəsizliyini təmin etmək üçün ərazidə patrul xidməti aparılacaq.
















