• Bakı 11° C

    7.62 m/s

  • USD - 1.7

    EUR - 1.8331

    RUB - 0.0184

“Vaqner”in yeni rəhbəri bu şəxs olacaq - FOTO

DÜNYA

02 Oktyabr 2023 | 09:33

“Vaqner”in yeni rəhbəri bu şəxs olacaq - FOTO

"Vaqner" qrupunun muzdluları hələ də qeyri-müəyyənlikdədir.

Bakıvaxtı.az UNİAN-a istinadla xəbər verir ki, Yevgeni Priqojinin ölümündən sonra qrupa kimin rəhbərlik edəcəyi ilə bağlı ciddi müzakirələr gedir.

Müharibənin Tədqiqi İnstitutunun analitikləri xatırladıblar ki, Rusiya prezidenti Vladimir Putin sentyabrın 29-da “Vaqner” qrupunun keçmiş komandiri və Rusiya Müdafiə Nazirliyinin indiki əməkdaşı Andrey Troşevlə onun döyüşlərdə necə iştirak edəcəyini müzakirə edib. “Vaqner”in bəzi üzvləri Putinin Troşevi qucaqlamasına mənfi reaksiya verərək, alternativ lider irəli sürüblər.

“Vaqner”lə əlaqəsi olan məşhur Telegram kanalı oktyabrın 1-də Yevgeni Priqojinin 25 yaşlı oğlu Pavel Priqojinin qrupun “komandasını” aldığını və muzdluları cəbhəyə qaytarmaq üçün Rusiya Qvardiyası ilə danışıqlar apardığını elan edib. “Vaqner”lə əlaqəsi olan tanınmış mənbə bildirib ki, qrup üzvləri Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlamalı olmayacaq və muzdlular öz adlarını, simvollarını, ideologiyasını, komandirlərini, idarəçiliyini və mövcud iş standartlarını saxlayacaqlar.

Murad Məmmədli


SON XƏBƏRLƏR

08 Dekabr 2023