• Bakı 14° C

    2.15 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Kilsənin damı uçdu: Ölənlər var - YENİLƏNİB

DÜNYA

02 Oktyabr 2023 | 09:55 | Müəllif: Qalib İbrahimoğlu

Kilsənin damı uçdu: Ölənlər var - YENİLƏNİB

Meksikanın şimalında yerləşən Tamaulipas ştatının Syudad-Madero ərazisində kilsənin damının uçması nəticəsində azı 9 nəfər ölüb, 40 nəfər yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Meksikanın Regional Təhlükəsizlik Nazirliyinin “X” sosial şəbəkəsində məlumat yayılıb.

Qeyd edilib ki, hadisə binanın konstruksiyasındakı problemlərlə bağlı ola bilər. Kilsədə insident baş verən zaman neçə nəfərin olduğu haqqında məlumat yoxdur.

 

07:03

Meksikanın şimalında yerləşən Tamaulipas ştatının Syudad-Madero ərazisində kilsənin damının uçması nəticəsində azı 7 nəfər ölüb.

Bakıvaxtı.azxəbər verir ki, bu barədə yerli “Sintesis” qəzeti məlumat yayıb.

Bildirilib ki, kilsədə olan 30-40 nəfər dağıntılar altında qala bilər.

Yaralıların dağıntılar altından çıxarmaq üçün hadisə yerinə təcili tibbi yardım xidmətinin əməkdaşları və xilasedicilər cəlb edilib.

Hadisənin başvermə səbəbləri araşdırılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026