• Bakı 15° C

    1.74 m/s

Saakaşvilinin çəkisi 120-dən 68 kiloqrama düşüb

DÜNYA

26 Yanvar 2023 | 18:14 | Müəllif: Subhan Mahmudov

Saakaşvilinin çəkisi 120-dən 68 kiloqrama düşüb

Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin çəkisi 120 kiloqramdan 68 kiloqrama düşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı gürcü siyasətçinin anası Giuli Alasaniya açıqlayıb.

Onun sözlərinə görə, oğlunun çəkisi bu gün ölçülüb. O bildirib ki, Saakaşvilinin çəkisinin 68-ə düşməsi onda kaxeksiya prosesinin (orqanizmin həddindən artıq zəifləməsi, fizioloji və psixoloji vəziyyətin patoloji hala düşməsi) başlamasından xəbər verir.

Xatırladaq ki, Tbilisidə "Vivamed" klinikasında müalicə alan Saakaşvilidə koronavirus aşkarlanıb. Onun vəziyyətinin stabil olduğu bildirilir.(qafqazinfo)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Oktyabr 2026
24 Oktyabr 2026