• Bakı 17° C

    15.53 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Saatlı və Ağcabədidə ev yanıb

HADİSƏ

27 Oktyabr 2021 | 21:10 | Müəllif: Subhan Mahmudov

Saatlı və Ağcabədidə ev yanıb

Saatlı rayonunun Soltanabad kəndində ümumi sahəsi 130 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Həmçinin, Ağcabədi rayonunun Cəfərbəyli kəndində ümumi sahəsi 224 m² olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 124 m² sahədə, mətbəxində 6 p.m mebel və 3 ədəd məişət avadanlığı yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026