• Bakı 23° C

    4.26 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

Zərdabda narkotik satan qardaşlar saxlanıldı

HADİSƏ

26 Noyabr 2021 | 10:52

Zərdabda narkotik satan qardaşlar saxlanıldı

Zərdab Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bakıvaxtı.az-a bildirilib ki, daxil olan məlumat əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Zərdab rayon sakini Elməddin Qəribov saxlanılıb.

Onun avtomobilinə baxış keçirilən zaman marixuana aşkar edilib.

Aşkar edilən narkotik vasitə ilə əlaqəli olan Ağcabədi rayon sakinləri - Müşviq İsmayılov və onun qardaşı İlham da müəyyən edilərək saxlanılıb.

Hal-hazırda faktla bağlı Zərdab RPŞ-də araşdırma aparılır.


Zərdabda narkotik satan qardaşlar saxlanıldı
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR