• Bakı 14° C

    0.97 m/s

  • USD - 1.7

    EUR - 1.9315

    RUB - 2.042

DİQQƏT: Sabah saat 13:20-də...

CƏMİYYƏT

20 Dekabr 2024 | 10:44

DİQQƏT: Sabah saat 13:20-də...

Sabah Azərbaycanda qış fəsli başlayacaq.

Bakıvaxtı.az Elm və Təhsil Nazirliyi Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasına istinadla xəbər verir ki, qış fəsli (Qış günəş duruşu) Azərbaycana sabah - dekabrın 21-i saat 13:20:30-da daxil olacaq.

Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş həmin gün günorta üfüqdən minimum hündürlükdə (26⁰.2) olur. Şimal yarımkürəsində qış, cənub yarımkürəsində isə yay fəsli başlayır.​

Həmin gün ən qısa gündüz (gündüzün uzunluğu 9 saat 17 dəq. 22 san) və ən uzun gecə (gecənin uzunluğu isə 14 saat 42 dəqiqə 38 saniyə)​ olur.

Fəslin uzunluğu 88 gün 23 saat 40 dəqiqə 55 saniyə olacaq.

Nərgiz Məmmədli


SON XƏBƏRLƏR

17 Aprel 2025