• Bakı C

    2.41 m/s

  • USD - 1.7

    EUR - 1.75

    RUB - 1.6396

Hökümənin atasının bank kartından pul oğurlayan şəxs HƏBS EDİLDİ

CƏMİYYƏT

18 Yanvar 2025 | 21:46

Hökümənin atasının bank kartından pul oğurlayan şəxs HƏBS EDİLDİ

Milli Qəhrəman Hökümə Əliyevanın atası Cəlil Alıyevə məxsus bank kartından oğurluq faktı üzrə Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs müəyyən olunub.

DİN-in Mətbuat Xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, baş idarənin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü İsgəndərov Ayaz Aydın oğlu saxlanılıb.

Onun xarici ölkə vətəndaşları ilə əlaqələri müəyyən olunduğundan həmin şəxslər axtarışa verilib.

Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.


SON XƏBƏRLƏR

18 Yanvar 2025