• Bakı C

    3.95 m/s

  • USD - 1.7

    EUR - 1.75

    RUB - 1.6396

Meymunçiçəyi: Virusdan necə qorunaq? - AÇIQLAMA

CƏMİYYƏT

18 Yanvar 2025 | 12:05

Meymunçiçəyi: Virusdan necə qorunaq? - AÇIQLAMA

Səhiyyə Nazirliyinin və TƏBİB-in birgə yaydığı məlumata əsasən Azərbaycanda meymunçiçəyinə yoluxan 1 nəfər aşkar edilib.

Xəstə dərhal hospitalizasiya edilib və xəstəxana şəraitində müalicə alır. 

Xəstə ilə təmasda olan ailə üzvlərində heç bir xəstəlik əlaməti olmadığına görə onlar ərazi üzrə xidmət göstərən ambulator tibb müəssisəsi və sanitariya-epidemioloji xidmət əməkdaşları tərəfindən evdə müşahidəyə götürülmüş, onlara profilaktik müalicə təyin edilib və dərman preparatları ilə təchiz olunublar.

Bəs meymunçiçəyi virusunun əlamətləri nədir, necə yoluxur? 

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən həkim-infeksionist Aydın Əliyev vurğulayıb ki, meymunçiçəyi hava-damcı virus infeksiyasıdır. Əlamətləri başağrısı, burun axma, öskürək, boğaz qıcıqlanması, səpkilər və halsızlıqdır. 1 metr məsafədən yoluxa bilməz, lakin  yoluxmuş adam yaxın məsafədə asqırırsa, öskürərsə qarşısındakı adamı yoluxdura bilər:

"Yoluxmuş adamın paltarından istifadə edəndə yoluxma olur, əl ilə görüşəndə, yoluxmuş adamın çarpayısında yatanda, qucaqlaşanda yoluxma halları qaçılmazdır".

Aydın Əliyev: Yoluxmuş adam yaxın məsafədə asqırırsa...

"Geyim mağazalarından geyim alarkən diqqətli olmaz lazımdır. Fərqi yoxdur, hər hansı bir virusa yoluxmuş insan o geyimi əvvəlcədən geyinib yoxlayıbsa, bu halda da yoluxma qaçılmazdır. Tövsiyə edirəm ki, aldığınız geyimləri evə gətirərkən dərhal yuyun",-deyə həkim-infeksionist qeyd edib.

Nuriyyə Musayeva


SON XƏBƏRLƏR

17 Yanvar 2025