• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Hüseynbala Mirələmovun polisdən çıxarılan oğlunun - yeni vəzifəsi

CƏMİYYƏT

17 Fevral 2025 | 10:07

Hüseynbala Mirələmovun polisdən çıxarılan oğlunun - yeni vəzifəsi

Milli Məclisin keçmiş deputatı, yazıçı, professor Hüseynbala Mirələmovun oğlu Fuad Mirələmov Yasamal Bələdiyyəsinin üzvü seçilib.

Bakıvaxtı.az Teleqraf.az-a istinadən xəbər verir ki, o, səsvermədə 21621 seçicinin səsini qazanıb.

F.Mirələmov bu göstərici ilə Yasamal Bələdiyyəsi üzrə beşinci yeri tutub.

Keçmiş deputatın övladının namizədliyini hakim Yeni Azərbaycan Partiyası irəli sürüb.

F.Mirələmov əvvəllər daxili işlər orqanlarında çalışıb. O, nazirliyin Baş İstintaq İdarəsinin müstəntiqi olub. Hazırda təqaüddədir.

Qeyd edək ki, Fuad Mirələmovun atası Hüseynbala Mirələmov III, IV və V çağırış Milli Məclisin deputatı olub. O, 1992-2021-ci illərdə YAP-ın Xətai Rayon Təşkilatının sədri vəzifəsini tutub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026