• Bakı C

    15.16 m/s

  • USD - 1.7

    EUR - 1.855

    RUB - 2.0347

Fitrə zəkatı nə qədərdir və necə çıxarılmalıdır?

CƏMİYYƏT

19 Mart 2025 | 09:14

Fitrə zəkatı nə qədərdir və necə çıxarılmalıdır?

İslam dinində fitrə zəkatı, həm fərdi, həm də ictimai mənəvi təmizliyə xidmət edir.

Bəs fitrə zəkatı nədir? Nə qədər və kimlərə verilməlidir?

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Fuad Nurullayev Bakıvaxtı.az-a bildirib ki, fitrə bayram günü verilir, bayram axşamı isə fitrə zəkatı çıxarılır və çox vacibdir.

Onun sözlərinə görə, ailənin hər adam başına qərarlaşılır ki, fitrə zəkatı çıxarılsın. Yəni ailədə beş nəfər varsa, beş nəfər üçün mütləq fitrə çıxarılmalıdır.

Fuad Nurullayev, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini

Fitrə zəkatının miqdarı barədə məlumat verən Hacı Fuad izah edib ki, fitrə zəkatı ən çox istifadə olunan ərzaqdan üç kilo ayrılmalıdır. Ərzağın özünü hesablayıb pulunu da vermək olar:

QMİ sədrinin müavini nəzərə çatdırıb ki, əgər bir insanın maddi durumur aşağıdırsa, minimum məbləğdən hesablayıb fitrə çıxara bilər:

“Amma tövsiyə olunur ki, ərzağın pulunu hesablayıb vermək daha məqsədəuyğundur. Həmin pulla da o kasıb, imkansız öz ailəsinin ehtiyaclarını ödəyər".

Müsahibimiz vurğulayıb ki, fitrə zəkatı qohumda, qonşuda olan kasıblara, yoxsullara bayram günü verilsə, daha gözəldir. Hətta bayram namazına qədər verilməsi məqsədəuyğundur. Amma çatdırmasa namazdan sonra da verə bilər.

Kiminsə qonağı varsa onlar üçün də fitrə zəkatı çıxarılmalıdır.

Allah dualarımızı qəbul etsin.

Bayramınız mübarək olsun!

Mina Mikayılova


SON XƏBƏRLƏR

18 Mart 2025